Tillerson: Qətəri mühasirəyə alan ölkələr böhranda məsuliyyət daşıyır
https://azeri.sahartv.ir/news/dünya-i285463-tillerson_qətəri_mühasirəyə_alan_ölkələr_böhranda_məsuliyyət_daşıyır
ABŞ dövlət katibi Reks Tillerson cümə axşamı günü etiraf edib ki, Qətəri mühasirəyə alan ölkələr bu ölkə ilə böhranın davam etməsində məsuliyyət daşıyırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2017 07:08 Asia/Baku
  • Tillerson: Qətəri mühasirəyə alan ölkələr böhranda məsuliyyət daşıyır
    Tillerson: Qətəri mühasirəyə alan ölkələr böhranda məsuliyyət daşıyır

ABŞ dövlət katibi Reks Tillerson cümə axşamı günü etiraf edib ki, Qətəri mühasirəyə alan ölkələr bu ölkə ilə böhranın davam etməsində məsuliyyət daşıyırlar.

Tillerson Bloomberglə müsahibədə deyib: Aydındır ki, Qətərin müzakirəyə marağı vardır. Lakin bu böhranın həlli məqsədilə Qətərlə müzakirə üçün dörd ölkə tərəfindən iradə və maraq yoxdur. 

ABŞ dövlət katibi 20-27 oktyabrda Səudiyyə Ərəbistanı, Qətər və regionun bir neçə ölkəsinə səfər etməlidir. 

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 5 iyundan qətərin terrorizmi himayə etməsi bəhanəsi ilə bu ölkə ilə əlaqələrini kəsiblər və qətərlə quru, dəniz və hava keçidlərinin hamısını bağlayıblar.