Lavrov: Nüvə anlaşmasında birtərəfli qaydada dəyişiklik mümkün deyil
https://azeri.sahartv.ir/news/dünya-i285497-lavrov_nüvə_anlaşmasında_birtərəfli_qaydada_dəyişiklik_mümkün_deyil
Rusiya xarici işlər naziri bildirib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalması haqda rəy verə bilən yeganə qurumdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2017 17:10 Asia/Baku
  • Lavrov: Nüvə anlaşmasında birtərəfli qaydada dəyişiklik mümkün deyil
    Lavrov: Nüvə anlaşmasında birtərəfli qaydada dəyişiklik mümkün deyil

Rusiya xarici işlər naziri bildirib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalması haqda rəy verə bilən yeganə qurumdur.

APTN-in məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Nüvə Silahlarının Yayılmamasına Qadağa Konfransında Əhatəli Müştərək Təşəbbüs Proqramının bütün hissələrinin icra edilməli olduğunu qeyd edərək bildirib: Nüvə Anlaşması 5+1 qrupunun üzvlərindən birinin mövqeyinə görə, məğlubiyyətə uğrayarsa, bütün dünya ictimaiyyətinin təhlükəsizlik strukturu haqda təhlükəli mesajı olacaqdır.

Rusiya xarici işlər naziri əlavə edib: Nüvə anlaşması sadəcə bir halda dəyişilə və islah edilə bilər ki, onu imzalayan digər tərəflər, o cümlədən Tehran bu haqda razılıq etmiş olsun.

Lavrov bildirib: Nüvə anlaşmasından öncəki vəziyyətə qayıtmaq mümkün deyil və yeni sanksiyalar haqda heç bir söz söylənə bilməz.

İki günlük Nüvə Silahlarının Yayılmamasına Qadağa Konfransı cümə günündən 40 heyət, o cümlədən İranın heyətinin iştirakı ilə Moskvada işə başlayıb.