16-cı ticarət Xəzəri iclası Rusiyada işə başlayıb
https://azeri.sahartv.ir/news/dünya-i285666-16_cı_ticarət_xəzəri_iclası_rusiyada_işə_başlayıb
"Ticarət Xəzəri" adlı Ticarət Palatalarının Ticarət Əməkdaşlıqları Beynəlxalq Şurasının 16-cı iclası Rusiyanın Həştərxan şəhərində işə başlayıb. İclasda İran İslam Respublikası da iştirak edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2017 13:01 Asia/Baku
  • 16-cı ticarət Xəzəri iclası Rusiyada işə başlayıb
    16-cı ticarət Xəzəri iclası Rusiyada işə başlayıb

"Ticarət Xəzəri" adlı Ticarət Palatalarının Ticarət Əməkdaşlıqları Beynəlxalq Şurasının 16-cı iclası Rusiyanın Həştərxan şəhərində işə başlayıb. İclasda İran İslam Respublikası da iştirak edir.

İRNA-nın məlumatına görə, "Ticarət Xəzəri" adlı Ticarət Palatalarının Ticarət Əməkdaşlıqları Beynəlxalq Şurasının 16-cı iclası çərşənbə axşamı Xəzərin sahilində yerləşən 5 ölkənin yəni, İran, Azərbaycan, Rusiya, Türkmənistan və Qazaxıstanın ticarət palataları rəsmilərinin iştirakı ilə işə başlayıb. 

Rusiyanın Həştərxan vilayətinin başçısı Aleksandır Jılkin Xəzəryanı ölkələrin iqtisadi əməkdaşlıqlarını müsbət qarşılayıb və deyib: Bu ticarət palataları Rusiyanın ana əlaqə yolları olacaq.

İranın Həştərxandakı baş konsulluğunun verdiyi məlumata görə, İran bu iclasda İranın ticarət, sənaye, mədənlər və kənd təsərrüfatı palatasının sədri Qulamhüseyn Şafeyinin başçılıq etdiyi 60 nəfərlik nümayəndə heyəti ilə iştirak edir.