Rusiyanın müdafiə naziri Qətər əmiri ilə görüşüb
https://azeri.sahartv.ir/news/dünya-i285747-rusiyanın_müdafiə_naziri_qətər_əmiri_ilə_görüşüb
Rusiyanın müdafiə naziri Dohaya olan səfəri zamanı Qətər əmiri ilə görüşüb, region və dünyanın önəmli məsələləri barədə onunla danışıqlar aparıb. Rusiya müdafiə nazirinin Qətərə olan səfəri öz növündə iki ölkə əlaqələri tarixində baş tutan ilk səfərdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2017 12:26 Asia/Baku
  • Rusiyanın müdafiə naziri Qətər əmiri ilə görüşüb
    Rusiyanın müdafiə naziri Qətər əmiri ilə görüşüb

Rusiyanın müdafiə naziri Dohaya olan səfəri zamanı Qətər əmiri ilə görüşüb, region və dünyanın önəmli məsələləri barədə onunla danışıqlar aparıb. Rusiya müdafiə nazirinin Qətərə olan səfəri öz növündə iki ölkə əlaqələri tarixində baş tutan ilk səfərdir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qətər əmiri Təmim bin Həməd Ali Sani ilə görüşdə region və dünyanın təhlükəsizlik məsələləri, habelə iki ölkə arasında hərbi əməkdaşlıqların genişləndirilməsi haqda danışıqlar aparıb.

Sergey Şoyqu ötən gün rəsmi səfər çərçivəsində Qətərin paytaxtı Dohaya daxil olub. O, Qətərin müdafiə məsələləri üzrə müşavir naziri Xalid bin Məhəmməd Əl-Ətiyyə ilə görüşüb. Görüş zamanı iki ölkə arasında hərbi-müdafiə əməkdaşlıqlarının genişləndirilməsi üzrə anlaşma sənədi imzalanıb.