Rusriya prezidenti: Suriyanın 90%-i azad edilib
-
Rusriya prezidenti: Suriyanın 90%-i azad edilib
Rusiya prezidenti Suriya ərazisinin 90%-nin terrorçuların işğalından azad edildiyini deyib.
RİA Novosti-nin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin cümə axşamı ölkənin yüksək səviyyəli rəsmiləri və prokurorları ilə görüşdə deyib: Hal hazırda Suriyanın 90%-i terrorçulardan təmizlənib. Və Rusiya hərbçiləri vəziyyəti dəyişmək üçün anti-terror əməliyyatında var gücləri ilə çalışıblar.
Vladimir Putin əlavə edib: Xüsusi təlim keçmiş, yaxşı maliyyələşdirilmiş və modern silahlar ilə təchiz edilmiş terrorçular ilə aparılan mübarizələr Rusiyanın aviasiya qüvvələrinin qabiliyyətlərinin xeyli inkişaf etməsindən xəbər verir.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu da bundan öncə bildirmişdi ki, İŞİD terrorçuları hal hazırda Suriya ərazisinin 5%-dən daha az hissəsinə nəzarət edirlər.
Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə Amerika və onun qərbli və ərəb müttəfiqləri o cümlədən Ərəbistan tərəfindən himayə edilən terrorçuların geniş hücumları ilə başlandı.
Suriyalı qüvvələr Rusiya və müqavimət qüvvələrinin dəstəyi ilə ötən aylarda terrorçulara ağır zərbələr endirməyi bacarıb.