Okt 27, 2017 14:37 Asia/Baku
  • Rusiya bir neçə ballistik raketi sınaqdan keçirib
    Rusiya bir neçə ballistik raketi sınaqdan keçirib

Rusiya müdafiə nazirliyi dünən bu ölkədə keçirilən iri bir manevrdə qitələrarası "Topol-M" raketinin sınaqdan keçirilməsindən xəbər verib.

Bu ballistik raket Rusiyanın şimal-qərbində yerləşən Plessetsk kosmodromundan atılıbdır.

Rusiya müdafiə nazirliyi bildiribdir ki, üç digər ballistik raket də bu manevrdə iştirak edən üç sualtı qayıqdan atılıbdır.

Bu raketlərdən ikisi Yaponiyanın şimalında yerləşən Oxotsk dənizindən, biri isə Şimal Buzlu Okeanında yerləşən Barents dənizindən buraxılıbdır.

Bu raketlərin atılması bir zamanda, Tupolev-95MC, Tupolev-160 və Tupolev-22M3 strateji qırıcı-bombardmançı təyyarələri Rusiyanın bir neçə hava bazasından havaya qalxaraq, Uzaq Şərqdə yerləşən Kamçatka yarımadasındakı "quru nöqtələri"ni hədəfə alıblar. Onlar habelə Rusiyanın Qazaxıstanda yerləşən bir hərbi meydanını Kruz raketləri ilə hədəfə alıblar.

Rusiya öz raket qüdrətini gücləndirməkdədir.

Rusiya müdafiə nazirliyi bir bəyanatda bildirib ki, bu ölkənin hərbi qüvvələri öz strateji nüvə qüvvələrinin idarə olunması təlimini həyata keçiriblər.

 

Teqlər