ABŞ müdafiə naziri Cənubi Koreyaya səfər edib
-
ABŞ müdafiə naziri Cənubi Koreyaya səfər edib
ABŞ müdafiə naziri Seula daxil olduqdan sonra Cənubi Koreyanın müdafiə naziri ilə birlikdə bu ölkənini Şimali Koreya ilə sərhəd bölgəsinə səfər edib və yaxından Pxenyan ordusunun mövqelərini nəzərdən keçirib.
İSNA-nın verdiyi məlumata görə, Röyters bildirib ki, Ceyms Matis Sunq Yunq Mu ilə birlikdə iki Koreyanın qeyri hərbi ərazi adlandırıan sərhəd bölgəsinə baxış keçiriblər.
ABŞ müdafiə naziri iki Koreyanın sərhəd bölgəsinə səfərdən öncə iddia edib ki, Amerikanın məqsədi Şimali Koreya ilə müharibə deyil, əslində bu ölkə rəhbərlərini öz atop proqramlarından əl çəkməklə razılaşdırmaqdır.
Matis həmçinin iddia edib ki, Koreya yarımadasındakı böhranın həlli üçün dinc yolların tapılması istiqamətində səylərini davam etdirəcək. O deyib: İki ölkə arasında deyişmələrin yeganə nəticəsi silahlı müharibə barədə nigarançılığın artmasıdır.
Cənubi Koreya müdafiə naziri Sunq Yonq Mu da deyib: Seul Amerikanın kənarında regionda sülhü müdafiəyə sadiq qalacaq.
Deyilənlərə görə, ABŞ müdafiə nazirinin Seula 2 günlük səfəri ABŞ-ın illik müdafiə müzakirələrində iştirak və Koreya yarımadasında durumun araşdırılması məqsədi ilə baş tutub.