Rusiya müdafiə naziri NATO-nun Avropanın şərqindəki hərəkətlərindən nigarandır
https://azeri.sahartv.ir/news/dünya-i285833-rusiya_müdafiə_naziri_nato_nun_avropanın_şərqindəki_hərəkətlərindən_nigarandır
Rusiyanın müdafiə naziri NATO-nun təşəbbüslərinə görə ölkənin şərq sərhədlərində vəziyyətin gərginləşməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2017 14:37 Asia/Baku
  • Rusiya müdafiə naziri NATO-nun Avropanın şərqindəki hərəkətlərindən nigarandır
    Rusiya müdafiə naziri NATO-nun Avropanın şərqindəki hərəkətlərindən nigarandır

Rusiyanın müdafiə naziri NATO-nun təşəbbüslərinə görə ölkənin şərq sərhədlərində vəziyyətin gərginləşməsindən xəbər verib.

TAS xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya müdafiə naziri Sergey Şayqo dünən nazirliyin yüksəs səviyyəli rəsmiləri qarşısında etdiyi çıxışında deyib: Şimali Atlantika Müqaviləsinə üzv ölkələrin silahlı qüvvələrinin Rusiya sərhədləri yaxınlığında hərbi əməliyyat təşəbbüslərinin həssaslığı və genişliyi artmaqdadır. 

Rusiyanın müdafiə naziri son 3 ay ərzində şərqi Avropa və Baltik bölgəsində 30-dan çox hərbi təlimlərin keçirildiyini bildirərək deyib: Rusiyanın qərbi sərhədlərində hərbi-siyasi durum gərgindir və vəziyyətin daha da gərginləşəcəyi ehtimal olunur. 

Rusiya müdafiə naziri deyib: Nazirlik, modern silahlar və xüsusi hərbi texnologiyanın təmini mövzusunu gündəliyə gətirib və bu istiqamətdə 2017-ci ilin azırlarınadək yeni və modernləşdirilmiş hərbi təchizatlar Rusiyanın qərbində hərbi qüvvələrin ixtiyarına veriləcək. 

NATO Avropanın şərqində Ukrayna məsələsinə görə Rusiya ilə qarşıdurmadadır və soyuq müharibədən sonra əlaqələr ən gərgin şəraitdədir.