Okt 29, 2017 10:43 Asia/Baku
  • 2 minə yaxın Fransa vətəndaşı İŞİD-in tərəfində vuruşur
    2 minə yaxın Fransa vətəndaşı İŞİD-in tərəfində vuruşur

Fransa vətəndaşlarından 1900 nəfər İŞİD-in tərəfində vuruşur.

Fransa vətəndaşlarından əlavə, minlərlə avropalı və ərəb də İŞİD sıralarında döyüşür.

Nyu-Yokrda yerləşən "Sufan" qrupu adlandırılan Təhlükəsizlik Araşdırmaları və Terrorizmlə Mübarizə Mərkəzinin yaydığı bu məlumata görə, Avropa ölkələri arasında Rusiya 3417, Türkiyə 1500 və Almaniya 915 nəfərlə ən çox İŞİD ünsürünə malikdirlər.

Bu mərkəz bildirib ki, ərəb ölkələri arasında, Ərəbistan 3244 və İordaniya üç min nəfərlə İŞİD sıralarında döyüşən ünsürlər baxımından ön sırada gedirlər.

Bu araşdırma mərkəzi əlavə edib: Təqribən 5600 xarici İŞİD ünsürü bu terror dəstəsinin İraq və Suriyadakı məğlubiyyətlərindən sonra öz ölkəsinə geri dönübdür ki, bu da həmin ölkələr üçün bir təhdid və təhlükəsizlilk problemi hesab olunur.

 

Teqlər