Noy 04, 2017 11:37 Asia/Baku
  • Kanada Rusiya, Venesuela və Cənubi Sudan rəsmilərinə sanksiya tətbiq edib
    Kanada Rusiya, Venesuela və Cənubi Sudan rəsmilərinə sanksiya tətbiq edib

Kanada "insan haqlarının pozulması" adı altında Rusiya, Venesuela və Cənubi Sudanın bəzi rəsmilərinə qarşı sanksiya tətbiq edib.

İRNA-nın verdiyi məlumata görə Kanada da çıxan Qlub & Mil qəzeti bildirib ki, Kanadanın xarici işlər naziri Kristina Friland dünən bir bəyanat yayaraq insan haqları mövzusu ilə əlaqədar Rusiya, Venesuela və Cənubi Sudanın 52 rəsmisinə qarşı Kanada tərəfindən sanksiya tətbiq edildiyni təsdiqləyib və iddia edib ki, Kanada bütün dünyada insan haqlarını müdafiə və korrupsiya ilə mübarizədə əzmkardır. 

Kanadanın XİN başçısı deyib: Kanadanın Rusiya, Venesuela və Cənubi Sudan rəsmilərinə qarşı sanksiyaları, Kanadanın geniş miqyaslı korrupsiya əməllərindən faydalanan və yaxud insan haqlarının kobud şəkildə pozulmasına şərait yaradan şəxslərə qarşı tədbirlər görəcəyi mesajını vermiş olur. 

Kanada XİN başçısının bəyanatına görə, bu ölkənin sanksiyaları 30 rus,  prezident Nikolas Maduro da daxil 19 venesuelalı və 3 cənubi sudanlı rəsmini əhatə edir. 

Kanadanın bəzi ölkələrə qarşı insan haqlarını bəhanə edərək sanksiya tətbiq etməsi elə bir şəraitdə baş turur ki, bu ölkənin özü yerlilərin hüquqlarını kobud şəkildə pozur. 

Teqlər