600 mindən çox rohinca didərgini Banqladeşə qaçıb
-
600 mindən çox rohinca didərgini Banqladeşə qaçıb
Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü deyib: 2017-ci il 25 avqustdan bəri 613 min rohinca didərgini Myanma dövlətinin zorakılıqlarından qaçıb və Banqladeşə sığınıb.
Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Coel Millman rohinca didərginlərinin yerləşdiyi düşərgələrin çatışmazlığına toxunub və deyib: Bu didərginlər qeyri-münasib durumda yaşayır, eyni zamanda səhiyyə imkanlarının çatışmazlığı ilə üzləşib və onlara humanitar yardımların göndərilməsi də təxminən qeyri-mümkündür.
Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü xatırladıb: 423 min didərginin yerləşdiyi Kotopalonq düşərgəsinə getmək ağır problemlə üzləşib.
Myanmanın qərbində Raxin əyalətində ordunun rohinca müsəlmanları əleyhinə repressiv hücumlarında 25 avqustdan indiyə qədər 6 mindən çox müsəlman həlak olub, 8 min nəfər yaralanıb və bir neçə yüz min nəfər didərgin düşüb.
Raxin əyaləti 2012-ci ildən Myanma ordusu və radikal buddistlərin rohinca müsəlmanlarına hücumlarının şahididir.
1 milyon rohinca müsəlmanı Myanmada vətəndaşlıq hüququndan məhrumdur.