Nigeriyada Ərbəin şəhidləri üçün dəfn mərasimi keçirilib
Noy 12, 2017 21:29 Asia/Baku
-
Nigeriyada Ərbəin şəhidləri üçün dəfn mərasimi keçirilib
Nigeriyada Ərbəin mərasimi şəhidlərinin cənazələri üçün dəfn mərasimi keçirilib.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Nigeriyanın Kanu şəhərinin sakinləri bu gün Ərbəin günü təhlükəsizlik qüvvələri tərəfindən şəhid edilən 4 nəfər üçün təşkil edilmiş dəfn mərasimində iştirak edib.
Bu 4 nəfər paytaxt Abucada təhlükəsizlik qüvvələrinin Ərbəin yürüşü iştirakçılarına tərəf yaylım atəşi açması zamanı şəhid olub.
Nigeriya polisi Ərbəin yürüşündə iştirak edən bir qrup insanı da həbs edib.