Avstraliyanın şərqində 7 bal gücündə zəlzələ baş verib
Noy 20, 2017 13:26 Asia/Baku
Yeni Kaledoniyada 7 bal gücündə zəlzələ baş verib.
Amerika seysmoloji xidmət mərkəzinin bildirdiyinə görə, bu zəlzələ bu gün səhər Loyalti adasının 82 km şərqində baş verib.
Sakit Okeannın sunami üzrə xəbərdarlıq mərkəzi bildirib ki, zəlzələ nəticəsində baş verəcək sunaminin dalğaları zəlzələ mərkəzindən 300 km ətraf ərazilərə təsir edə bilər.
Yeni Kaledoniya Avstraliyanın şərqində və Sakit okeanın cənub qərbində yerləşərək Fransanın mülkiyyətində olan adadır. Adanın paytaxtı Noumea şəhəridir.
Hələlik zəlzələnin ehtimali dağıntıları və insan tələfatı barədə məlumat yayılmayıb.
Yeni Kaledoniya tez-tez vulkan püskürməsi və zəlzələlərin şahidi olur.