Noy 21, 2017 16:44 Asia/Baku
  • Nigeriyanın şimal-şərqində məscidə edilən hücumda 50 nəfər həyatını itirib

Nigeriya polisinin verdiyi məlumata görə, ölkənin şimal-şərqində bir məscidə kamikadze hücumu edilib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Nigeriya polisinin Adamava vilayəti üzrə sözçüsü Osman Əbubəkr çərşənbə axşamı deyib: Mubi şəhərinin Dazala məntəqəsində bir məscidə edilən hücumda 50 nəfər həlak olub. 

Adama Vilayəti üzrə Fövqəladə Hallar İdarəsinin müdiri Haruna Furo bu hadisənin çərşənbə axşamı, insanların səhər namazı qılmaqla məşğul olduğu zaman baş verdiyini bildirib. 

Osman Əbubəkr bu hadisəyə görə Boko Haram terror qruplaşmasının məsuliyyət daşıdığını deyib. 

Mubi şəhərinin 2014-cü ildə Boko Haram terror qruplaşmasının işğalından azad edilməsindən bəri bu ilk dəfədir ki, bu şəhərdə belə bir terror aktı törədilir. 

Teqlər