ABŞ prezidentinin qızı və kürəkəni Ağ Evdən qovuldu
-
ABŞ prezidentinin qızı və kürəkəni Ağ Evdən qovuldu
ABŞ prezidenti qızı və kürəkəninin Ağ Evi tərk etmələrini istəyib.
İRNA-nın Vanity Fair jurnalına istinadla verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp kürəkəni Jared Kuşnerin yetərsiz siyasi müşavirələrinə görə, onun və qızı İvankanın Ağ Evi tərk edərək Nyu-Yorkdakı evlərinə getmələrini istəyib.
Bundan öncə də Tramp Kuşnerin səlahiyyətlərini məhdudlaşdırmışdı.
Məlumata görə, Kuşnerin Trampa etdiyi məsləhətlərdən, Alabama ştatında Senatın yarı dövrü üçün seçkilərin ilkin mərhələsində Luter Sturgeonu dəstəkləməyi təklif etməsi idi. Halbuki Sturgeon sabiq məhkəmə hakimi Roy Mor qarşısında məğlub oldu.
Jared Kuşner və İvanka Tramp eyni zamanda Rusiyanın ABŞ prezident seçkilərində müdaxilə etməsinə dair iddialı dosyedə önəmli əlaqədar şəxslərdəndirlər. Bu məsələnin özü onların dövlət fəaliyyətlərindən kənarlaşmaq üçün Trampın başqa bir təzyiq vasitəsidir.
Bundan öncə də Kütləvi İnformasiya Vasitələri Trampın vəkillərinin Kuşnerin prezidentin ali müşaviri vəzifəsindən kənarlaşdırlmasını istədiklərini bildirmişdilər.
Bildirilir ki, seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı Kuşner Trampın rəqibi Hillari Klinton haqda təxribatçı məlumatların alınması üçün rus vəkillə görüşüb.