Noy 25, 2017 10:47 Asia/Baku
  • Qaz İxrac edən Ölkələr Forumunun bəyanatı
    Qaz İxrac edən Ölkələr Forumunun bəyanatı

Qaz İxrac Edən ölkələr Forumunun 4-cü sammit iclasının iştirakçıları bir bəyanat yayaraq təbii qaz, təmiz və güvənli yanacaq şüarı ilə dünyada davamlı inkişafa təkid ediblər.

İRNA-nın verdiyi məlumata görə, bəyanatda üzv ölkələrin öz təbii sərvətlərinə qəti və daimi hakimiyyət hüququna, üzv ölkələrin dünyanın enerji ehtiyaclarının təminindəki roluna və təbii qaz ehtiyatları üçün insaflı qiymət verilməsinin əhəmiyyətinə təkid olunub. 

Ölkə sərhədlərindən kənar qanunlardan istifadəyə görə nigranlıq, qaz ticarətində birtərəfli sanksiyalardan istifadə və üzv ölkələr arasında tədqiqat, inkişaf, informasiya və elm mübadiləsi sahəsində əməkdaşlıqlara təkid və qaz sənayesində uğurlu təcrübələrdən müştərək istifadəyə çağırış bu bəyanatın digər əsas mövzularını təşkil edir. 

Teqlər