Quterreş müstəqil Fələstin ölkəsinin təşkilini dəstəkləyib
https://azeri.sahartv.ir/news/dünya-i287843-quterreş_müstəqil_fələstin_ölkəsinin_təşkilini_dəstəkləyib
BMT baş katibi müstəqil Fələstin ölkəsinin təşkilini dəstəkləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2017 16:11 Asia/Baku
  • Quterreş müstəqil Fələstin ölkəsinin təşkilini dəstəkləyib

BMT baş katibi müstəqil Fələstin ölkəsinin təşkilini dəstəkləyib.

BMT-nin baş katibi Antonio Quterreş Fələstin xalqı ilə ümumdünya həmrəylik günü münasibətilə yaydığı müraciətdə deyibdir ki, müstəqil Fələstin ölkəsinin təşkilinin vaxtı gəlib çatıbdır.

Müraciətdə deyilir: Fələstin məsələsi BMT-nin gündəmində həll olunmamış ən uzun məsələlərdən biri və bu təşkilatın tarixilə bağlı ayrılmaz bir mövzudur.

Quterreş vurğulayıb: BMT-nin Baş Assambleyasında 181 saylı qətnamənin qəbul olunmasından yetmiş il keçəndən sonra hələ müstəqil və suverenlik haqqına malik bir Fələstin yaranmayıbdır.

BMT-nin baş katibi həmçinin fələstinli qrupların müzakirə və razılaşmalarına işarə edərək, deyibdir ki, fələstinlilər arasındakı birlik barədə dəyişiklik müsbət və təsirli bir proses olacaqdır.

Bu müraciətdə sonra deyilir ki, Fələstin ərazilərindəki yarım əsrlik işğalçılığa son qoyulmalıdır.

BMT-nin çoxlu sayda qətnamələrinə və dünya ictimaiyyətinin Fələstin xalqının tələblərinin reallaşması üzrə istəyinə rəğmən, sionist rejim ABŞ-ın dəstəyilə hələ də Fələstin ərazilərinin işğalını və öz cinayətkar hərəkətlərini davam etdirir.