Yaşıllar Fraksiyası Ərəbistana silah satışının qadağan olunmasını istədi
-
Yaşıllar Fraksiyası Ərəbistana silah satışının qadağan olunmasını istədi
Avropa Parlamentində Yaşıllar Fraksiyası Avropa Birliyindən Yəməndə insan vəziyyətinin acınacaqlı hal almasına görə, Səudiyyə Ərəbistanına silah satışının dayandırılmasını istəyib.
Əl-Aləm televiziyasının məlumatına görə, Avropa Parlamentində Yaşıllar Fraksiyası bildirib: Ərəbistana silah satışına icazə verən qayda və şərtlər açıq-aşkar şəkildə pozulur. Avropa Birliyi Yəməndə baş verən hadisələrə, xüsusilə də insan məsələlərə xüsusi diqqət yetirmir. Belə ki, 11 milyon uşaq yardıma ehtiyaclıdır, vəba epidemiyası yayılmışdır və insan haqlarının pozulması da davam edir.
Bu fraksiya Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerinidən Yəmənə təcavüz etdiyinə görə, Səudiyyə Ərəbistanına silah satışının qadağan olunması üçün Avropanın təşəbbüskarlıq göstərməsini istəyib.