Britaniya ABŞ prezidentinin Qüdslə bağlı qərarına etiraz edir
ABŞ prezidentinin Qüdsü sionist İsrailin paytaxtı olaraq elan etməsi Britaniya dövlət rəsmiləri, müxtəlif partiya mənsubları və Kütləvi İnformasiya Vasitələrinin sərt reaksiyasına səbəb olub.
ABŞ prezidentinin bu ölkə səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarına etirazlar dalğası sionist rejimin doğulduğu yeri də öz əhatəsinə alıb.
Bir ingilis rəsmisi deyib: ABŞ prezidentinin strategiyası tamamilə yanlışdır. Paris İqlim Dəyişikliyi Sazişi, Nüvə Anlaşmasına qarşı çıxması, eləcə də Beytül-Müqəddəs haqda yeni qərarı onun siyasətlərinin yanlış olduğunu göstərir. Belə şəraitdə, İngiltərə nə üçün ABŞ-ın müttəfiqi olaraq qalmalıdır?
İngiltərə xarici işlər nazirinin müavini Allister Bird hökumətin nümayəndəsi olaraq bildirdi ki, bu ABŞ-ın qərarıdır və İngiltərə bu qərara tabe olmayacaq.
İngiltərə xarici işlər nazirinin müavini Allister Bird deyib: İngiltərənin BMT-dəki səfiri Avropanın digər ölkələrinin səfirləri ilə danışıqlar aparacaq ki, vahid mövqe nəzərdə tutulsun. Əlbəttə müxtəlif sahələrdə bizim ABŞ-la əlaqələrimiz çox güclüdür və hökumətlərin qərarı ilə dəyişməyəcək.
ABŞ prezidentinin qərarına etirazlar dalğası elanının ilk saatlarından formalaşdı. İngiltərə baş naziri qərara qarşı çıxdı və onun regionda sülhə kömək etməyəcəyini dedi.
Dəfələrlə fələstinlilərə dəstək üzrə çıxışlar edən İngiltərə Leyboristlər partiyasının lideri Ceremi Korbin Trampın qərarını pislədi və onu sülhə təhdid kimi dəyərləndirib. Korbin İngiltərə hökumətindən Trampın təhlükəli hərəkətini pisləməsini və onunla mübarizəyə qalxmasını istəyib.
İslam İnsan Haqları Komissiyası bir bəyanatda işğal olunmuş Qüdsün sionist rejimin paytaxtı olaraq tanınması ilə bağlı ABŞ-ın hərəkətini sərt şəkildə qınayıb, onu fələstinlilərin köhnə yarasında duz səpmək, açıq-aşkar diplomatik oğruluq, həmçinin beynəlxalq qanunların açıq-aşkar pozulması adlandırıb.
İngiltərədə müsəlmanlar və islam təşkilatları da ABŞ prezidentinin qərarını pisləyərək bildiriblər ki, bu strategiya ABŞ-ın Yaxın Şərqdə sülhün bərpa və Fələstin xalqı qarşısında ədalətin icra olunmasına heç bir marağının olmadığını göstərdi.
Guardian qəzeti ABŞ səfirliyinin Tələvivdən işğal olunmuş Qüdsə köçürülməsi məsələsini araşdıraraq yazıb: ABŞ gizli şəkildə İsraildən ehtiyatlı olmasını, bu hərəkətə görə çox sevinməməsini istəyib. Eyni zamanda ABŞ Dövlət Departamenti bütün dünyada öz diplomatlarından tənqidlər qarşısında müqavimətli olmasını və onun təsbit olunması üçün digər ölkələr, o cümlədən Avropa diplomatları ilə danışıqlar aparmalarını istəyib.
İndependent də yazıb: ABŞ prezidenti, müşavirləri və yəhudi kürəkəni bəlkə də təsəvvür ediblər ki, Beytül-Müqəddəsin İsrailin paytaxtı elan olunmamasına görə, Yaxın Şərqdə sülh bərpa olunmayıb. Bu isə onun fələstinlilərin etirazlarından və ərəblərlə İsrail arasında gərginliklərin mahiyyətindən xəbərsiz olduğunu göstərir və fələstinlilərin qəzəb günü gəlib çatacaqdır.
ABŞ prezidentinin bu qərarına etirazını bildirən İngiltərənin indi hansı praktiki addımı atacağını gözləmək lazımdır.
Burada bir çox analitikin qənaətincə, ABŞ prezidentinin bu ölkə səfirliyini işğal olunmuş Qüdsə köçürməsi ilə bağlı qərarı Birləşmiş Ştatları Şimali Koreyanın atom bombası təhdidindən qat-qat artıq dəhşətli böhranla üzləşdirib.