Liviya sahil qvardiyası 250 qanunsuz miqrantı xilas etdi
Dek 16, 2017 21:55 Asia/Baku
Liviya rəsmiləri bildiriblər: Sahil qvardiyası kiçik qayıqlarla ölkənin şimalından İtaliyaya səfər etmək niyyətində olan 250-dən çox qeyri-qanuni miqrantı xilas edib.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, uşaqlar, qadınlar və kişilərdən ibarət bu qeyri-qanuni miqrantlar Afrika ölkələri və ərəb ölkələrinin vətəndaşlarıdır. Adətən yoxsulluq və toqquşmalardan xilas olmaq üçün Avropaya qaçırlar.