Dek 18, 2017 21:31 Asia/Baku
  • Myanmada Ruhinqa müsəlmanlarının evləri yandırılıb
    Myanmada Ruhinqa müsəlmanlarının evləri yandırılıb

Myanma didərginlərinin vəziyyətinin qaydaya salınması barədə bu ölkə ilə Banqladeş arasında razılaşmanın mövcud olmasına rəğmən, Myanmanın Raxin əyalətində müsəlmanların mənzilləri hələ də təhlükəsizlik qüvvələrinin hücum hədəfinə çevrilirlər.

Bu razılaşmadan sonra da Raxin əyalətindəki qırx kənd Myanmanın təhlükəsizlik qüvvələrinin oktyabr və noyabr aylarındakı hücumlarında yandırılıb və avqustun 25-dən bəri yandırılmış kəndlərin sayı 350-yə çatıbdır.

Myanmanın xarici işlər naziri Anq San Su Çi ilə Banqladeşin xarici işlər naziri Mahmud Əli arasında əldə olunmuş razılaşmada Myanma dövləti hazırda iki ölkə sərhədindəki qeyri-sanitar düşərgələrdə yaşayan ruhinqalı müsəlman mühacirləri Myanmaya geri qaytarmaq barədə öhdəlik götürmüşdü.

Myanmada ordu qüvvələri ilə ifratçı buddistlərin Ruhinqa müsəlmanlarına qarşı geniş cinayətləri avqust ayından başlanıb və indiyədək altı min nəfərdən çox insanın həyatına son qoymaqla bərabər, səkkiz min nəfərin yaralanması və minlərlə nəfərin didərgin düşməsilə nəticələnibdir.

Teqlər