Dek 24, 2017 12:14 Asia/Baku
  • Şimali Koreya BMT-nin sanksiyalarına reaksiya verdi
    Şimali Koreya BMT-nin sanksiyalarına reaksiya verdi

Şimali Koreya BMT Təhlükəsizlik Şurası tərəfindən yeni sanksiyaların tətbiq olunmasını bir növ hərbi hərəkət adlandırıb.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Şimali Koreya Xarici İşlər Nazirliyi bazar günü bir bəyanatda bildirib: BMT Təhlükəsizlik Şurasının Koreya Xalq Demokratik Respublikası əleyhinə yeni sanksiyaları bir ölkəni tam iqtisadi mühasirəyə almaq mənasındadır. 

Şimali Koreya Xarici İşlər Nazirliyi bu bəyanatda BMT Təhlükəsizlik Şurasının yeni sanksiyalarını pisləməklə önləyici nüvə sisteminin gücləndirilməsini ABŞ-ın Koreya yarımadasındakı avantüraları ilə yeganə münbarizə yolu adlandırıb. 

BMT Təhlükəsizlik Şurası cümə günü 22 dekabrda Şimali Koreya əleyhinə ağır sanksiyalar tətbiq edib. Təhlükəsizlik Şurasının üzvləri Şimali Koreya əleyhinə sanksiyaların artırılması üzrə 2397 saylı qətnamənin lehinə səs veriblər. 

Qətnaməyə əsasən, Şimali Koreyaya neft ixracı 90% azaldılmalı və bu ölkədən kənarda məşğul olan bütün vətəndaşlar 12 ay ərzində Şimali Koreyaya qayıtmalıdırlar. 

Teqlər