Terrorizmə qarşı uğurlu mübarizə mümkündür
Rusiya dövlət dumasının sədri: Rusiyanın Suriyadakı hərbi səyləri və İran və Türkiyə ilə əməkdaşlığı sübut etdi ki, terrorizmlə mübarizə uğurlu ola bilər.
Rusiya dövlət dumasının sədri Vyaçeslav Volodin dünən Pakistanda "Terrorizmlə mübarizə problemləri və regioanl həmkarlıqların rolu" konfransında deyib: Rusiya silahlı qüvvələrinin Suriyadakı əməliyyatları və Rusiya, İran və Türkiyənin diplomatik səyləri nəticəsində Suriya münaqişəsinin həllində əldə olunmuş irəliləyiş bunu sübut edir.
Volodin əlavə edib: Uğur formulası, böhranlı məntəqələrdə vəziyyətin təsbitində bütün tərəflərin iştirakı, geniş beynəlxalq əməkdaşlıq və çoxtərəfli çərçivədir.
Bu rusiyalı rəsmi söyləyib: Suriyada beynəlxalq hüquqlara tam sədaqət və ikili meyarlar olmadan terrorizmin kökünün kəsilməsi üçün doğrudan da təsirli beynəlxalq mexanizmlərin yaradılmasına tərəf ilk addım atıldı.
Rusiya dövlət dumasının sədri sonra belə qeyd edib: İŞİD-in Suriyada məğlub olmasının ardınca bəzi terror qrupları Əfqanıstana, Pakistana, cənub-şərqi Asiya və Avropa ölkələrinə soxulmağa başlayıblar.