Dek 28, 2017 00:21 Asia/Baku
  • Makron: Ərəbistan Yəmənin mühasirəsinə son qoysun

Fransa prezidenti Səudiyyə Ərəbistanı kralından Yəmən mühasirəsinə son qoyulmasını istəyib.

Röyters İnformasiya Agentliyinin Elisey sarayındakı rəsmilərə istinadla verdiyi məlumata görə, Fransa prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanı kralı Kral Salmanla telefon söhbətində ondan Yəmən mühasirəsinə tam şəkildə son qoymaqla bu ölkəyə humanitar yardımlar və əsaslı vasitələrin göndərilməsinə icazə verməsini istəyib.

Makronun bu açıqlaması ilə yanaşı qeyd edək ki, Fransa Səudiyyə Ərəbistanına modern silahlar satmışdır. Belə ki, tən üç il ərzində Yəməndə baş verən müharibə cinayətlərində bu silahların birbaşa rolu olmuşdur.

Fransa dünyada üçüncü silah ixracatçısı olaraq Səudiyyə Ərəbistanı və müttəfiqlərinin əsas silah təminatçılarından biri sayılır.

Teqlər