Daily Mail: Ər-Riyad 17 əcnəbi vətəndaşı saxlayıb və işgəncə verir
https://azeri.sahartv.ir/news/dünya-i290537-daily_mail_Ər_riyad_17_əcnəbi_vətəndaşı_saxlayıb_və_işgəncə_verir
Britaniyanın bir qəzeti məlumatlı dairələrə istinadla bildirib: 17 əcnəbi vətəndaş, o cümlədən 8 ABŞ vətəndaşı Ərəbistan vəliəhdinin göstərişi ilə saxlanılan və işgəncə olunan milyarderlər arasındadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2017 13:59 Asia/Baku
  • Daily Mail: Ər-Riyad 17 əcnəbi vətəndaşı saxlayıb və işgəncə verir
    Daily Mail: Ər-Riyad 17 əcnəbi vətəndaşı saxlayıb və işgəncə verir

Britaniyanın bir qəzeti məlumatlı dairələrə istinadla bildirib: 17 əcnəbi vətəndaş, o cümlədən 8 ABŞ vətəndaşı Ərəbistan vəliəhdinin göstərişi ilə saxlanılan və işgəncə olunan milyarderlər arasındadır.

Britaniyanın Daily Mail qəzeti cümə axşamı günü yazıb: Səudiyyə Ərəbistanı rəsmiləri səudiyyəli milyarderlərin həbsi prosesində 17 ABŞ, Britaniya və Fransa vətəndaşlarını saxlayıblar. 

Bu media bildirir ki, bu şəxslərdən bəzisi döyülüb və işgəncə olunub. 

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salman iddia edir ki, bu həbslərdə məqsəd korrupsiyaya son qoymaqdır. Lakin bir çoxunun qənaətinə görə, o öz yerini möhkəmləndirmək üçün ərəbistanın milyarderlərini həbs edib. 

Britaniyanın Quardian qəzeti də bundan öncə bildirmişdi ki, Səudiyyə Ərəbistanında noyabr ayı həbsləri saxlanılan şəxslərin sərmayəsi ilə dövlət büdcəsini doldurmaq və büdcə kəsirinin əvəzini çıxmaq məqsədilə olmuşdur. 

Daily Mail qəzetinin yazdığına görə, Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin sözçüsü bildirib: Ərəbistan məhkəməsi bu həbslər haqda qanunları tətbiq edir. O bu haqda əlavə məlumatlar verməkdən çəkinib.