ABŞ-ın bütün ərazisi Ş.Koreya raketlərinin hədəfindədir
Yan 01, 2018 11:25 Asia/Baku
Şimali Koreyanın lideri bu gün yeni milad ilinin başlanması münasibətilə etdiyi televiziya çıxışında bildirib ki, ABŞ-ın bütün ərazisi Şimali Koreya raketlərinin hədəfindədir.
Kim Çen In iki Koreyanın bir-birilə əlaqələrini yaxşılaşdırmalı olduğunu bəyan edərək, deyib: ABŞ-ın bütün ərazisi nüvə silahlarımızın əhatə dairəsindədir. Nüvə düyməsi isə masamın üzərində. Bu reallıqdır, təhdid deyildir.
O, qeyd edib ki, Amerika heç vaxt Şimali Koreyaya qarşı müharibəyə başlaya bilməyəcək və ölkəsi ABŞ-ın istənilən nöqtəsinə nüvə zərbəsi endirmək imkanına malikdir.
Kim Çen In deyib: Şimali Koreya nüvə silahları və raketlərinin irihəcmli istehsalına başlamalıdır.