Makron: İranla danışıqlar yolu qorunmalıdır
Yan 04, 2018 10:37 Asia/Baku
-
Emmanuel Makron
Fransa prezidenti çərənbə günü İranla danışıqlar yolunun qorunmasının vacibliyini vurğulayıb.
Mehr İnformasiya Agentliyinin Röytersə istinadla verdiyi məlumata görə, Emmanuel Makron həmçinin ABŞ, İsrail və Səudiyyə Ərəbistanı başçılarının son iğtişaşlardan sonra İran İslam Respublikası əleyhinə avantürist açıqlamalarını tənqid edib və deyib: ABŞ, İsrail və Səudiyyə Ərəbistanı başçılarının İran İslam Respublikası əleyhinə bəyanat və açıqlamalarının ritorikası praktiki olaraq bir müharibənin başlanmasına doğru getməkdir.
Fransa prezidenti Parisin bölgədə tarazlığın qorunmasına maraqlı olduğunu bildirib və tezliklə Tehrana səfər edəcəyini deyib.