Tramp psixi xəstə olduğuna dair ittihamlara reaksiya verib
-
Tramp psixi xəstə olduğuna dair ittihamlara reaksiya verib
ABŞ prezidenti onun psixi sağlamlığına şübhə edənləri qınayıb.
Nyu-York Tayms qəzetinin portalı yazır: ABŞ prezidenti Donald Trampın gözlənilməz rəftarı onun psixoloji sağlamlığı barədə müəyyən fikirlərin ortaya atılmasına səbəb olub.
Tramp dünən özünü müdafiə edərək, özünü prezident kürsüsünə tam layiq adlandırıb və tənqidçiləri onun siyasi səlahiyyətlərini sual altına almaq cəhdlərinə görə qınayıb.
ABŞ prezidenti onun prezident vəzifəsinin səlahiyyətlərini yerinə yetirməyə layiq olması barədə ciddi nigaranlıqlara zəmin yaradan " Ağ Evdə od və qəzəb" adlı kitaba toxunaraq deyib: Mən bu kitabın onun yazıçısının fantaziyalarından mənşə aldığını və utanc gətirdiyini düşünürəm.
Trampın özünə valehliyi, gözlənilməz rəftarları, başqalarına qarşı təhqir və təhdidləri onun psixoloji sağlamlığına ciddi şübhələrə səbəb olub və bu, mətbuat, kitablar, dəyirmi masalar və tele-debatların mövzusuna çevrilib.