Yan 09, 2018 11:26 Asia/Baku
  • Liviya sahilləri yaxınlığında 64 afrikalı mühacir qərq olub
    Liviya sahilləri yaxınlığında 64 afrikalı mühacir qərq olub

İtaliya istiqamətində hərəkətdə olan 64 afrikalı mühacir Aralıq dənizində həyatını itirib.

Beynəlxalq Mühacirət Təşkilatı dünən gecə bildirib ki, 150 afrikalı mühaciri daşıyan bir qayıq Aralıq dənizində, Liviya sahilləri yaxınlığında problemlə üzləşib və nəticədə 64 mühacir həyatını itirib.

Bu məlumata görə, həmin hadisədə bir neçə uşaq və qadın həlak olub.

Bu hadisədən sonra İtaliyada sərhədsiz həkimlər heyətinin sədri Tomaso Fabri mühacirlərin Liviyanı tərk etmələrinə mane olmağa çalışan italiyalı və avropalı rəsmilərin mühacirət siyasətlərini tənqid edib.

Beynəlxalq Mühacirət Təşkilatının məlumatına görə, 2017-ci ildə Afrikanın şimalından İtaliyaya getmək istəyən 2832 mühacir Aralıq dənizində həyatını itirib.

Bu mühacirlərin əksər hissəsini öz ölkələrindəki yoxsulluq, toqquşma və savaşdan qaçmış Afrika ölkələrinin vətəndaşları təşkil edirlər.

Teqlər