Yan 15, 2018 19:13 Asia/Baku
  • Qazaxıstan Çinə qaz ixracını artırıb
    Qazaxıstan Çinə qaz ixracını artırıb

Qazaxıstan Kütləvi İnformasiya Vasitələri bu ölkənin Çinə maye qaz ixracını artırdığını bildiriblər.

Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə,Qazaxıstanın KazMunayGas Şirkəti və Çinin Milli Neft və Qaz Şirkəti arasında imzalanan müqaviləyə əsasən, Qazaxıstanın Çinə maye qaz ixracının həcmi ildə 10 milyard kubmetrə qədər artacaq.

Məlumata görə, KazMunayGas və Çinin Milli Neft və Qaz Şirkətləri rəsmilərinin görüşündə iki ölkə arasında təbii qaz daşıyıcıları strukturlarının inkişaf etdirilməsi, mövcud qaz boru kəmərinin həcminin artırılması vurğulanıb.

Tərəflər həmçinin 2019-cu ilə qədər bir neçə mərhələdə iki ölkə arasında qaz boru kəmərinin həcmini artırmaq üzrə razılığa gəliblər.

Məlumata əsasən, 2017-ci ildə Orta Asiya ölkələrindən Çinə təbii qaz ixracatı 13,4% artıb və 38,7 milyard kubmetrə çatıb.

Teqlər