İsrailin baş naziri ilə görüşdən imtina edən Hindistan aktyorları mükafatlandırılıblar
"Bollivud" uldulzrından olan 3 Hindistan aktyoru İsrailin baş naziri ilə görüşməkdən imtina etdikləri üçün, sosial şəbəkələrin qəhrəmanına çevriliblər.
İRNA-nın yazdığına görə, Hindistan kinosunun 3 müsəlman ulduzu olan Salman Xan, Əmir Xan və Şahrox Xan İsrail rejiminin Fələstin xalqına qarşı cinayətlərinə, qadın və uşaqlar da daxil olmaqla, müsəlmanları qırğın etməsinə etiraz olaraq, Bombeydə keçirilən toplantıda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən imtina ediblər.
Hindistan xalqı sosial şəbəkələrdə bu 3 müsəlman kino olduzunu həqiqi qəhrəmanlar adlandırıb.
İsrailin baş naziri Benyamin Netanyahunun ötən həftə Hindistana olan səfəri bu ölkə xalqı, dini və ictimai qrupları habelə, siyasi partiyaları və tanınmış simaları tərəfindən mənfi qarşılanıb. Ölkənin müxtəlif şəhərlərində Netanyahu əleyhinə aksiyalar keçirilib.
İsrail rejiminin işğal edilmiş Fələstin torpaqlarındakı cinayətlərinin davam etməsi, günahsız müsəlmanlarına qarşı soyqırımı törətməsi və ABŞ-ın bu rejimi hərtərəfli şəkildə dəstəkləməsi dünya müsəlmanlarını xeyli qəzəbləndirib.