UNICEF rəsmisi Ruhinca müsəlmanlarının durumundan nigarandır
https://azeri.sahartv.ir/news/dünya-i293443-unicef_rəsmisi_ruhinca_müsəlmanlarının_durumundan_nigarandır
BMT-nin uşaq fondunun bir rəsmisi Myanmada Ruhinca müsəlmanlarının durumundan nigaran qaldığını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2018 12:55 Asia/Baku
  • UNICEF rəsmisi Ruhinca müsəlmanlarının durumundan nigarandır
    UNICEF rəsmisi Ruhinca müsəlmanlarının durumundan nigarandır

BMT-nin uşaq fondunun bir rəsmisi Myanmada Ruhinca müsəlmanlarının durumundan nigaran qaldığını deyib.

İRİB-in verdiyi məlumata görə, UNICEF-in icra direktorunun müavini Castin Foris Banqladeşdə Ruhinca didərginlər düşərgəsinə baxış keçirərkən deyib: 220 mindən çox Ruhinca müsəlman uşaqları məktəbə getmir və aclıqdan əziyyət çəkir. 

O deyib: Myanma rəsmilərinin Banqladeşdəki didərgin müsəlmanların öz ölkələrinə qayıtmalarına dair təklifi, təhlükəsizliyin yaradılmayacağı təqdirdə sadəcə didərginlərin problemlərini artırmış olacaq. 

2017-ci il 25 avqustdan indiyədək Myanma ordusunun Raxin vilayətində  Ruhinca müsəlmanlarına qarşı repressiv əməliyyatlarında indiyədək 6 mindən çox müsəlman qırğın edilib, 8 min yaralanıb və 800 mindən çox müsəlman da Banqladeşə qaçmalı olub.