Yan 27, 2018 09:12 Asia/Baku
  • Minnesotada məscid yenidən açılıb
    Minnesotada məscid yenidən açılıb

ABŞ-ın Minnesota ştatının Blominqton şəhərinin məscidi yenidən istifadəyə verilməsi mərasimi qeyri-müsəlmanların iştirakı ilə keçirilib.

İKNA xəbər agentliyinin verdiyi məlumata görə, Minnesota ştatının Blominqton şəhəri məscidi və islami mərkəzində terror partlayışından 6 ay sonra qeyri-müsəlmanlardan ibarət 100 nəfər məscidin yenidən bərpa edilmiş hissələrinə baxış keçiriblər. 

Qeyri-müsəlmanlar Blominqton və Riçfild şəhərlərinin bələdiyyə şuralarının üzvlərindən ibarət olublar. Onlar həmrəylik əlaməti olaraq Darül-Faruq məscidinin müxtəlif hissələri və mədrəsəsinə baxış keçiriblər. 

Blominqton məscidinin müdiri Məhəmməd Ömər deyib: Məscidin yenidən qurma işlərində qeyri-müsəlmanlar da iştirak ediblər. 

Darül-Faruq məscidində partlayış ötən milad ili 5 avqustda baş verdi. 

ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra bu ölkədə anti-islam hərəkətlər artmışdır. 

Teqlər