Yan 27, 2018 13:10 Asia/Baku
  • Heili Trampla əxlaqsız münasibətlərinə reaksiya verib
    Heili Trampla əxlaqsız münasibətlərinə reaksiya verib

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi onun və prezidentin qeyri-əxlaqi münasibətləri haqda yayımlanan xəbərləri təkzib edib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Heili Politiko həftəliyi ilə müsahibədə prezident Donald Trampla əxlaqsız münasibəti haqda şayiəni təkzib edib.

Bu məsələni ötən həftə "Alov və Qəzəb" qalmaqallı kitabının yazarı Maykl Volf mediaya açıqlayıb.

Heili deyib: Bu şayiələr "çox təhqiramiz" və "əzab verən" məsələdir. 

Volf da Heilinin açıqlamasına cavab olaraq kitabda faktlar və sübutların təqdim olunduğunu deyib.

Tramp əleyhinə cinsi ittihamlar məsələsi 2016-cı il prezident seçkiləri təbliğat kampaniyası dövründə "Bugecəki əyləncə" adlı televiziya verilişinin aparıcısı Billi Buşun Trampla qeyri-rəsmi danışığının səs yazısının yayılması ilə başlanıb. 

Bu səs yazısında Tramp qadınlar haqda etikadan kənar sözləri dilinə gətirib.

Bu səs yazısının yayılmasından sonra, azı 16 qadın razılığı olmadan Trampın onlara təcavüz etdiyini ifşa edib.

Ötən ay da Demokratların 50-dən çox qadın nümayəndəsi ABŞ Nümayəndələr Palatasından Tramp əleyhinə əxlaqsız ittihamları araşdırmasını istəyib.

Ötən aylarda əxlaqsızlıqla əlaqədar ittihamlar bir qrup amerikalı siyasətçinin istefaya və ya təqaüdə getməsi ilə nəticələnib.

Teqlər