Yan 31, 2018 10:37 Asia/Baku
  • Tramp illik çıxışında həmişəki iddiaları təkrarlayıb
    Tramp illik çıxışında həmişəki iddiaları təkrarlayıb

ABŞ prezidenti öz illik nitqində daxili və beynəlxalq məsələlər haqda həmişəki mövqeyini təkrarlayıb.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp öz birinci illik çıxışında nüvə anlaşmasını tənqid edərək və İrandakı iğtişaşçıları müdafiə edərək deyib: Konqresdən İranla dəhşətli nüvə anlaşmasında mövcud olan dəhşətli nöqsanları araşdırmasını istəyirəm. 

O ABŞ-ın iqtisadiyyatı və təhlükəsizlik vəziyyəti haqda Konqresdə birlik vəziyyəti barədə deyib: Ölkəni bu dəhşətli vəziyyətə çatdıran öncəki hökumətlərin səhvlərini təkrarlamayacaq. 

Tramp ABŞ-ın xarici yardımlarının bu ölkənin mənafeyinə xidmət istiqamətində olması ilə əlaqədar arxayınlıq yaradan qanunların təsdiqlənməsini istədiyini deyib. 

Trampın sözlərinə görə, Rusiya və Çin ABŞ iqtisadiyyatı üçün təhdiddir. 

ABŞ prezidenti iddia edib ki, Əfqanıstandan çıxmaq üçün xüsusi zaman cədvəli elan etməyəcək. 

Donald Tramp Qüdsü sionist rejimin paytaxtı elan etməsi haqda qalmaqallı mövqeyinin davamında deyib: ABŞ Qüds haqda Vaşinqtonun qərarına qarşı olan ölkələrə maliyyə yardımı etməməlidir. 

Tramp deyib: Şimali Koreyanın nüvə raketləri əldə etmək üçün utanmaz səyləri tezliklə ABŞ əleyhinə təhdidə çevrilə bilər. 

Tramp öz çıxışında Demokratlar və Respublikaçılardan miqrantlar və infrastrukturlar haqda anlaşma əldə etmələrini istəyib. 

Bəzi amerikalı siyasətçilər ABŞ prezidentinin illik çıxışını boykot etmişdilər. 

Teqlər