Radioterapiya aparatı sıradan çıxdı; Uqandada xərçəng xəstəliyinin müalicəsi durduruldu
https://azeri.sahartv.ir/news/dünya-i294433-radioterapiya_aparatı_sıradan_çıxdı_uqandada_xərçəng_xəstəliyinin_müalicəsi_durduruldu
Uqandada sadəcə bir ədəd radioterapiya aparatının sıradan çıxmasına görə, iki il öncədən indiyə qədər bu ölkədə xərçəng xəstəliyindən əziyyət çəkən minlərlə nəfər müalicə olunmamışdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2018 13:31 Asia/Baku
  • Radioterapiya aparatı sıradan çıxdı
    Radioterapiya aparatı sıradan çıxdı

Uqandada sadəcə bir ədəd radioterapiya aparatının sıradan çıxmasına görə, iki il öncədən indiyə qədər bu ölkədə xərçəng xəstəliyindən əziyyət çəkən minlərlə nəfər müalicə olunmamışdır.

France 24 televiziyasının məlumatına görə, köhnə aparatın yerinə yeni aparat quraşdırılsa da, hələ də problemlər həll olunmamışdır. 21 ay öncə Uqandada yeganə radioterapiya aparatının sıradan çıxması bu ölkədə güclü siyasi böhrana səbəb oldu və ictimai səhiyyə sektorunu problemlə üzləşdirdi. 

İllər idi ki, köhnə radioterapiya aparatı yaxşı işləmirdi və müalicə dövrünü əbəs yerə uzadırdı. Lakin yeni aparat yenilərdə işə başlayıb. 

Bununla belə xərçəng xəstəliyindən əziyyət çəkənlərin əksəriyyətinin qənaətincə, yeni aparat ölüm perspektivini onlara göstərir.