İtaliyada piyadalara atəş açıldı
İtaliyanın mərkəzi şəhərlərindən birində bir şəxs atəş açaraq 4 piyadanı yaralayıb.
Röytersin məlumatına görə, İtaliya rəsmiləri Maserata şəhərində bir şəxsin yoldan keçənlərə atəş açdığını bildiriblər. Hadisədə azı dörd nəfər yaralanıb.
Məlumata görə, bu şəxs avtomobilin içindən Maserata şəhərinin küçələrindən birində piyadalara atəş açıb və daha çox qaradərililər atəşə tutulub.
İtaliya polisi hələlik atəş açan şəxsin kimliyi və motivinin nə olduğunu bildirib.
İtaliya KİV-nin bildirdiyinə görə, atəş açan şəxs ehtimal üzrə irqçilik motivi ilə hadisəni törədib.
Romanın 200 km şərqində yerləşən Maserata şəhərinin meri Romano Karançini bu hadisəyə reaksiyada sakinlərdən evlərini qalmasını istəyib.
Bu hadisə bir neçə gün öncə tikə-tikə doğranan 18 yaşlı qızın cəsədinin iki çamadanda aşkarlanmasından sonra baş verib. Həmin hadisə ilə bağlı bir nigeriyalı miqrant saxlanılıb.