Fev 17, 2018 19:53 Asia/Baku
  • Lavrov: Avropa və Rusiya əlaqələrinin genişləndirilməsi reallaşmayıb
    Lavrov: Avropa və Rusiya əlaqələrinin genişləndirilməsi reallaşmayıb

Rusiyanın xarici işlər naziri Rusiya ilə əlaqələrin genişlənməsi ilə müxalifətin Avropanı daha təhlükəsiz etməyəcəyini deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib: Avropa öz xarici siyasətini möhkəmləndirmək yolu ilə Rusiya ilə əməkdaşlıq yolunu seçməlidir. Rusiya, Çin, Avropa Birliyi və Amerika Yaxın Şərq üçün təhlükəsizlik mexanizmi yaratmağa səy göstərməlidirlər. Rusiya Avropa Birliyinin güclü və bir olmasını istəyir. Rusiya və Avropa Birliyi arasında əlaqələrin genişləndirilməsi praktiki olaraq reallaşmayıb. Rusiya ilə əməkdaşlığın genişlənməsinə qarşı çıxmaq, Avropanın daha təhlükəsiz olmasına kömək etməyəcək.

Lavrov əlavə edib: Ölkələri Avropa və Rusiya arasında seçim etməyə məcbur etmək olmaz. Onlara təzyiq göstərmək olmaz. Necə ki, biz Gürcüstanda bunun şahidiyik.

Rusiyanın xarici işlər naziri həmçinin deyib: Rusiya və AB əlaqələrində birgə maraqların gerçəkləşməsini istəyirik.

Sergey Lavrov daha sonra deyib: Avropada təhlükəsizliyin möhkəmləndirilməsi üçün əlimizdən gələn hər işi etdik. ABŞ-ın Avropada raket əleyhinə müdafiə sistemi quraşdırması təhlükəsizliyin gerçəkləşməsinə zərbə vurur. NATO şərqə doğru genişlənməkdə davam edir.

Rusiyanın xarici işlər naziri həmçinin deyib: Bir daha deyirəm. Rusiya Amerikada keçirilən prezident seçkilərinə müdaxilə etməyib və bu ittihamların təkrar edilməsi mənasızdır.

Teqlər