Fev 19, 2018 18:24 Asia/Baku
  • "Valday" klubunun beynəlxalq konfransı

"Valday" klubunun təşkil etdiyi "Rusiya Yaxın Şərqdə: bütün meydanlarda təşəbbüskarlıq" mövzusunda keçirilən beynəlxalq konfrans bu gün Moskvada rəsmən işə başlayıb.

Siyasət dünyasının bu iki tanınmış simasının gəlişi ilə “Valday” beynəlxalq dialoq konfransı işə başlayıb. Bu ilki konfransın mövzusu “Rusiya Yaxın Şərqdə; Bütün meydanlarda təşəbbüskarlıq” idi.

Rusiya xarici işlər naziri Sergey Lavorv konfransın açılış mərasimindəki çıxışı zamanı İranın Yaxın Şərq, xüsusilə Suriyadakı konstruktiv rolunu alqışlayaraq, ABŞ-ın regiondakı destruktiv rolunu sərt tənqid edib: “Amerikadan Suriyada odla oynamamasını istəyirəm. Rusiya Suriyanın parçalanmasına yönəlik səylərdən nigarandır. Və bu nigaranlıq ABŞ-ın rəftarlarından qaynaqlanır. ABŞ qısa müddətli maraqlarına görə Suriyada odla oynamamalıdır. Rusiya, İran və Türkiyə Suriya böhranının həlli istiqamətində ciddi səylər göstərirlər. Amma, bəzi ölkələr destruktiv rəftarları ilə vəziyyəti daha da gərginləşdirməyə çalışırlar.”

Lavrovun ardınca çıxış edən İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif İran, Rusiya və Türkiyənin regionda sabitliyin bərqərar edilməsi üzrə birgə səylərinə işarə edərək, deyib: Bu səylərin nəticəsidir ki, indi İŞİD-in məğlubiyyətindən söz aça bilirik.

Zərif daha sonra deyib: “Terrorizm və ifratçılıq ilə mübarizə aparmaq üçün birgə səy göstərmək lazımdır. Biz İraq və Suriya dövlətlərinin səylərini alqışlayırıq. Təəssüflər olsun ki, regiondan kənar bəzi qüdrətlərin terrorizmdən bir vasitə olaraq istifadə etməsi regionda gərginliyin artmasına səbəb olub.”

İclas iştirakçıları daha sonra əsasən Suriya böhranı ilə bağlı sualları cavablandırıblar.

“Valday” dünya səviyyəsində tanınmış beynəlxalq düşüncə mərkəzlərindən biridir və hər il dünya üçün önəmli olan mövzulardan biri bu mərkəzdə müzakirəyə çıxarılır.

 

Teqlər