Amerikada sınıq silahlar kampaniyası
Fev 22, 2018 17:51 Asia/Baku
Amerikada bəzi silah sahibləri Florida ştatındakı son silahlı insidentə etiraz əlaməti olaraq öz silahlarını məhv edirlər.
Teleqraf qəzetinin yazdığına görə, bu kampaniyada iştirak edənlər Floridada baş verən son tragediyanın onların silaha olan fikirlərinə dərin təsir etdiyini bildiriblər.
Bu kampaniyada iştirak edənlər bildiriblər ki, öz silahlarını yaxşı pula da sata bilərdilər ancaq bir gün bir qorxunc cinayətin törədilməsinə səbəb olacağı ehtimalını nəzərə alaraq onu məhv ediblər.