Mart 02, 2018 10:38 Asia/Baku
  • ABŞ-ın İran əleyhinə düşmənçilik strategiyası; Sanksiyaları artırmaq üçün Konqresə yeni layihə verilib
    ABŞ-ın İran əleyhinə düşmənçilik strategiyası; Sanksiyaları artırmaq üçün Konqresə yeni layihə verilib

ABŞ Konqresinin iki nümayəndəsi cümə axşamı günü yeni bir layihə təqdim ediblər. Həmin layihə Senatda və Nümayəndələr Palatasında təsdiqləndiyi və qanuna çevrildiyi halda İran əleyhinə sanksiyalar artacaq.

Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin rəhbəri Ed Roys və bu komitədə demokratların yüksək səviyyəli üzvü Eliot Engel həmin layihə üçün İslam İnqilabı Keşikçiklər Korpusu Sepahın iqtisadiyyatının rədd edilməsi qanunu adını seçiblər və İran əleyhinə müxtəlif sahələrdə sanksiyaların genişləndirilməsi nəzərdə tutulur. 

Bu layihə təsdiqləndiyi halda ABŞ hökumətinə səhmləri Keşikçilər Korpusu Sepahın səhmindən 50%-dən az olan şirkətlərə sanksiya tətbiq etmək imkanı verir. 

Bu iki amerikalı qanunverici həmçinin həmin layihədə bildiriblər ki, qanun icra olunduqdan maksimum 180 gün sonra ABŞ hökuməti Keşikçilər Korpusu Sepaha birbaşa və ya dolayısı ilə kömək edən İranın daxilindəki və xaricindəki təminat zənciri haqda hesabat hazırlayaraq Konqresin əlaqədar komitələrinə təhvil verməlidir. 

Bu layihənin başqa bir hissəsi İranın Ümumdünya Ticarət Təşkilatına qoşulmasının əngəlləməsinə aid edilib və bu istiqamətdə addımların atılması istənilib. 

İran İslam İnqilabı Keşikçilər Korpusu Sepah ABŞ-ın bölgədə dəstəklədiyi terrorçularla mübarizədə əsaslı rola malikdir. 

Teqlər