Mart 03, 2018 19:13 Asia/Baku
  • MKİ-nin sabiq rəisi Trampı səbatsız və pozğun adlandırıb
    MKİ-nin sabiq rəisi Trampı səbatsız və pozğun adlandırıb

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ-nin sabiq rəisi bu ölkənin prezidenti Donald Trampı səbatsız, məntiqsiz, təcrübəsiz və pozğun bir şəxs adlandırıb.

MKİ-nin sabiq rəisi Con Brennan dünən MSNBC ilə müsahibədə deyib: Səbatsız, məntiqsiz, təcrübəsiz və pozğun bir şəxs olan Trampın Ağ Evin prezident ofisində olması Amerikanı böhranlı şəraitdə qoyubdur.

Con Brennan əlavə edib: Amerika prezidenti xüsusən Rusiya və Şimali Koreya tərəfindən hərbi təcavüzün artdığı bir zamanda silahlı qüvvələrin baş komandanı vəzifəsini yerinə yetirmək üçün lazımi səlahiyyətə malik deyil.

Con Brennanın sözləri elə bir halda söylənir ki, "Vaşinqton Post" qəzeti ilə "ABC Nyus" informasiya kanalının ötən ay apardıqları birgə rəy sorğusunun nəticələrinə əsasən, Amerika xalqının əlli faizi bu qənaətdədir ki, Donald Tramp psixoloji müvazinətə malik deyil. 58 faiz də onun ölkənin idarəsindəki metodlarından narazıdır.

73 faiz isə deyir ki, özünü "stabil istedad" hesab edən Trampın əksinə olaraq, onda heç bir istedad görmür.

Teqlər