Tramp Avropanı hədələdi
https://azeri.sahartv.ir/news/dünya-i297573-tramp_avropanı_hədələdi
ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini Amerikaya idxal edilən Avropa istehsalı olan avtomobillər üçün gömrük rüsumlarını artıracağı ilə təhdid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2018 06:13 Asia/Baku
  • Tramp Avropanı hədələdi
    Tramp Avropanı hədələdi

ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini Amerikaya idxal edilən Avropa istehsalı olan avtomobillər üçün gömrük rüsumlarını artıracağı ilə təhdid edib.

Donald Tramp şənbə günü Tvitterdə paylaşdığı yazıda Avropanı təhdid edib və Avropa Birliyinin onun polad və alüminium üçün gömrük taariflərinin artırılmasına dair qərarına qarşı çıxacağı təqdirdə,  Avropa istehsalı olan avtomobillər üçün də əlavə gömrük rüsumları təyin edəcəyini bildirib. 

Avropa Birliyi Trampın öz qərarını icra edəcəyi təqdirdə, qarşılıqlı olaraq ABŞ istehsalı olan məhsullar üçün gömrük taariflərini artıracağını bildirib. 

Tramp ABŞ-ın öncəki hökumətləri tərəfindən imzalanmış ticarət müqavilələri və beynəlxalq müqavilələri "çox axmaqcasına" hesab edir.