Tramp: Ağ Ev İraqa hücumla bağlı yanlış qərar qəbul edib
ABŞ prezidenti İraqa hücumun yanlış olduğunu deyib.
İRNA-nın verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp keçmiş prezident Corc Buş və Amerikanın Kəşfiyyat Agentliklərini İraqa edilən hücuma görə tənqid edib.
Tramp bu sözləri CNN telekanalı tərəfindən yayımlanan səs yazısında söyləyib.
Tramp şənbə günü Florida Ştatında Respublikaçılar Partiyasının sponsorları ilə nahar ziyafəti zamanı deyib: Ölkə uzun müddət üçün pis siyasətçilər tərəfindən idarə olunub.
Tramp sonra deyib: ABŞ-ın 2003-cü ildə İraqa hücum etməsi bu günə kimi çıxarılan ən pis qərar olub.
Tramp ABŞ-ın Kəşfiyyat Agentliklərinin İraqın kimyəvi silahları məsələsində yol verdikləri səhvi bundan öncə də tənqid etmişdi.
ABŞ-ın 2003-cü ildə İraqa hücum etməsi heç bir əsası olmayan yalan iddialar əsasında baş tutdu. ABŞ İraqın kimyəvi silahlara malik olduğunu iddia etsə də, İraqın işğal edilməsindən sonra bu ölkədə heç bir kimyəvi silah aşkar edilmədi.