Mart 07, 2018 09:59 Asia/Baku
  • Trampa qarşı aksiya

Minlərlə amerikalı faal ABŞ prezidenti Donald Trampın anti-miqrasiya siyasətlərinə qarşı etiraz aksiyası keçirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Amerikada siyasi fəallar dünən Vaşinqtonda Konqres qarşısına toplaşaraq Trampın anti-miqrasiya siyasətlərinə qarşı etiraz ediblər. 

Digər tərəfdən ABŞ prezidenti bir tvittdə yazıb: Federal hakimin hökmü əsasında Meriland ştatında Daka miqrasiya qanununa son qoya bilər. 

Tramp yazıb: Federal hakimin qərarı ilə demokratların Daka qanunu barədə razılaşma möhləti sona çatmış olub. 

700-800 min miqrant Daka planına şamil olur və onların Amerikada yaşamaq izni cari il martın 5-dək etibarlı olmuşdur.

Daka planı uşaqlıqda Amerikaya daxil olmuş miqrantlara bu ölkədə yaşamaq və işləmək imkanı verir. 

ABŞ prezidenti Donald Tramp 2017-ci ildə bu planın müddətini uzaltmaq niyyətində olmadığını bildirdi və konqresə bu planın taleyi barədə qərar qəbul etməsi üçün 6 ay möhlət verdi. 

 

Teqlər