Mart 22, 2018 20:51 Asia/Baku
  • Fransada anti-hökumət aksiya
    Fransada anti-hökumət aksiya

Fransada dövlət işçiləri, müəllimlər və dəmiryolu fəhlələrindən ibarət minlərlə adam bu gün prezident Emanuel Makronun islahatlarına qarşı etiraz əlaməti olaraq tətil elan ediblər və eyni zamanda Paris küçələrində aksiya keçiriblər. Aksiya polisin müdaxiləsi ilə qarşıdurma ilə nəticələnib.

22 mart Fransada tətillərin ilk günü kimi təyyin edilib. Bu 50 il öncə 1968-ci ilin geniş etirazlarının ildönümü günü ilə əlaqədardır. 

Fransanın fəhlə sindikatları hökuməti onların tələblərini də  dəyişiklik layihəsində nəzərə almağa məcbur edə bilmədilər. Əksinə Makron etirazların artmasına reaksiyada özünün islahat layihəsini daha qətiyyətli və daha sürətlə həyata keçirəcəyini vurğulayıb. Etirazlar isə Makronun yeni islahatlarında əsasən iş adamlarının fəhlələrin işə qəbul olunması yaxud işdən qovulmasında əlavə səlahiyyətlər nəzərdə tutulması ilə əlaqədardır. 66 faiz səslə müstəqil namizəd Emanuel Makronu Eliza sarayına göndərmiş bir çox Fransa vətəndaşının ondan olan gözləntiləri doğrulmayıb və bu cəmiyyətdə məyusluğa səbəb olub.  

Teqlər