Mart 26, 2018 10:56 Asia/Baku
  • Həratda kamikadze əməliyyatında 3 nəfər şəhid olub
    Həratda kamikadze əməliyyatında 3 nəfər şəhid olub

Dünən Əfqanıstanın Hərat şəhərində Nəbiyi-Əkrəm(s.ə) məscidində törədilən partlayışda 3 nəfər şəhid olub, 9 nəfər yaralanıb.

Şahidlər bildiriblər ki, iki kamikadze məscidə girmək istəyərkən onlardan biri təhlükəsizlik qüvvələrinin atəşi ilə öldürülüb, ikinci adam isə üstündəki partlayıcı maddəni partladıb. 

Ötən il Həratda Cəvadiyyə məscidinə qarşı İŞİD tərəfindən həyata keçirilmiş terrorçu hücumdan sonra bu Həratda şiələrin məscidlərinə qarşı ikinci terror hücumudur. 

Əfqanıstanın şərqində Nəngərharda da törədilən bir partlayışda bir nəfər ölüb, üç nəfər yaralanıb. Vəhabi-sionist İŞİD terrorçuları Nəbiyi-Əkrəm(s.ə) məscidinə qarşı terror aktının məsuliyyətini öz üzərinə götürüblər.

Teqlər