Avstraliya 2 rus diplomatı ölkədən çıxardıb
Avstraliya Britaniyada iki təhlükəsizlik əməkdaşına edilən hücuma reaksiya olaraq iki rus diplomatı ölkədən çıxardıb.
İRNA-nın məlumatına görə, Avstraliyanın baş naziri Malkolm Turnbal çərşənbə axşamı deyib: Bu rus diplomatlar 7 gün ərzində ölkə ərazisini tərk etməlidirlər.
Son zamanlar 15 Avropa ölkəsi Britaniyada sabiq rus casusunun zəhərlənməsini bəhanə edərək, 100-dən çox rus diplomatı ölkədən çıxardıblar.
Britaniya Sergey Skripal və onun qızının zəhərlənməsində Rusiyanın əli olduğunu iddia edir. Londonun iddiasına əsasən sabiq casusun zəhərlənməsində hərbi məqsədlər üçün olan kimyəvi maddədən istifadə edilib.
Rusiyanın Xarici İşlər Nazirliyi də Avropa Birliyinə üzv 15 ölkənin tələsik addımına reaksiya olaraq, bu rəftarın cavabsız qalmayacağını bildirib.
Qərb dövlətləri Moskvanı Skirpalın zəhərlənməsində ittiham etsələr də, Rusiya bu ittihamların tamamilə əsassız olduğunu bildirib və qarş tərəfin öz ittihamlarını sübut edə biləcək hansısa fakt təqdim etmədiyini elan edib.