Apr 03, 2018 08:00 Asia/Baku
  • Minlərlə amerikalı tədris büdcəsinin artırılmasını istəyib
    Minlərlə amerikalı tədris büdcəsinin artırılmasını istəyib

Amerikanın tədris sahəsi üzrə fəalları və müəllimlərindən on minlərlə nəfər dövlət məktəblərinin büdcələri və əmək haqqılarının artırılması üçün Kentaki və Oklahoma ştatlarında aksiya keçirib.

Bu aksiyalarla bir vaxtda yetərincə büdcəyə malik olmadıqlarına görə, Kentaki və Oklahoma ştatlarındakı məktəblər bağlı olubdur.

Kentaki ştatının müəllimləri müavinətlərin azaldılması layihəsinə qarşı aksiya keçiriblər. Onlar həmçinin dövlət məktəblərinin büdcələrinin artırılmasını istəyiblər.

Oklahoma ştatında da bəzi müəllimlər deyiblər ki, aldıqları məvacibləri onların yaşayış tələbatını ödəmir; buna görə, ikinci peşə tapmağa məcburdurlar.

Oklahoma 2008-ci il iqtisadi durğunluğundan sonra öz tədris büdcəsini azaltmış on iki ştatdan biridir. Amma iqtisadi şəraitin yaxşılaşmasından sonra hələ də müəllimlərin əmək haqlarını və dövlət məktəblərinin büdcələrini artıra bilməyibdir.

Cari ilin mart ayında da Qərbi Virciniya ştatındakı dövlət məktəblərinin müəllimlərindən minlərlə nəfər aksiya keçirib. Bu aksiyadan sonra son dörd ildə ilk dəfə olaraq müəllimlərin məvacibləri artırılıbdır.

Teqlər