Rusiya Qərbə xəbərdarlıq edib
Rusiya xarici işlər nazirinin müavini Qərbə xəbərdarlıq edərək, bildirib ki, Amerika və Qərb ölkələri Rusiyanın sərhədləri yaxınlığında hərbi bazalar və infrastrukturların təsisində qırmızı xətti keçiblər.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşenko bu gün deyib: NATO başçılarının, bu təşkilatın, ona üzv olan bəzi ölkələrin rus diplomatları ixrac etdikləri bir şəraitdə Moskva ilə dialoqa hazır olmasına dair sözləri əsassızdır.
Rusiya xarici işlər nazirinin müavini əlavə edib: Rus diplomatların Rusiyanın NATO-dakı nümayəndəliyindən ixrac edilmələri bu təşkilatın baş katibi Yens Stoltenberqin və təşkilatın digər rəsmilərinin Rusiya ilə siyasi dialoqa maraqlı olmalarına dair sözlərilə təzad təşkil edir.
Rusiyanın Qərb ilə əlaqələri, sabiq rus kəşfiyyat zabiti Sergey Skripalın və onun qızının İngiltərənin cənubunda yerləşən Solsberi şəhərində zəhələndirilmələrinin ardınca kəskinləşibdir.
İngiltərə Rusiyanı bu hərəkətdə əli olmaqda ittiham edir. Moskva isə Londondan öz ittihamını sübut etməsini istəyir.
Amerika və otuza yaxın Qərb ölkəsi İngiltərəyə dəstək istiqamətində 150-yə yaxın rus diplomatı ixrac edib. Rusiya dövləti də cavab addımında həmin ölkələrin diplomatlarını ölkəsindən çıxarıbdır.